Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı

Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
12.11.2026 13:20 Sosial

Xəbər verdiyimiz kimi, 5 noyabrda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin ləğv edilməsi barədə qərar imzalanıb.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən bu ilin 28 sentyabrında azad olunmuşdu. O, bu vəzifəni 2014-cü ildən icra edirdi.

12 oktyabrda isə onun yerinə Abbas Muxtarzadə təyin edilmişdi. Yeni təyinatdan cəmi 23 gün sonra nümayəndəlik ləğv olundu.

Abbas Muxtarzadə 26 dekabr 1989-cu ildə Bakıda anadan olub, 2007–2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə ali təhsil alıb.

O, 2016-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb, 2019-cu ildə nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi olub.

TodayPress TV

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər