Bakıda bulvarda azyaşlı uşaq itib - FOTO
Bakıda Dənizkənarı Bulvar ərazisində azyaşlı uşağın itdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilir ki, azyaşlı xarici vətəndaş ola bilər. Onun danışa bilmədiyi, yalnız “mami” dediyi qeyd olunub.
Uşağın ailəsini tanıyan və ya onun yaxınları barədə məlumatı olan şəxslərdən aidiyyəti qurumlara və ya əraziyə yaxın şəxslərə məlumat vermələri xahiş olunur.