Bakı-Tbilisi sərnişin qatarı təyinat məntəqəsinə çatdı

Bakı-Tbilisi sərnişin qatarı təyinat məntəqəsinə çatdı
26.05.2026 09:29 Sosial

Ötən gün saat 23:10-da Bakıdan Tbilisiyə yola düşən sərnişin qatarı saat 09:04-də təyinat məntəqəsinə çatıb.

TodayPress TV xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub.

Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da altı illik fasilədən sonra Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirib.

Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər