“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində
07.07.2025 12:35 Sosial

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən “Azərbaycanda dövlət xidmətlərində texnologiyalar və sosial innovasiyalar” adlı nəşr dərc olunub.  Dövlət xidmətləri sahəsi üzrə icmal xarakteri daşıyan nəşr qurumun müvafiq istiqamətləri üzrə fəaliyyət göstərən bölməsi tərəfindən 2022–2026-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində hazırlanıb.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Materialda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dövlət xidmətlərində uğurla tətbiq etdiyi "ASAN xidmət" modeli, "ASAN xidmət indeksi”, "ASAN müraciət" informasiya sistemi, ASAN Viza sistemi, dövlət xidmətlərinin təşkilində tətbiq olunan süni intellekt əsaslı həllər, Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi və digər texnoloji həllər barədə ətraflı məlumat verilir.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli dövlət xidmətlərinin təşkili sahəsində şəffaf, çevik və vətəndaş məmnunluğuna əsaslanan idarəçiliyin müasir nümunəsi kimi son illər ərzində beynəlxalq miqyasda geniş nüfuz qazanıb.

“ASAN xidmət” modeli region ölkələri üçün nümunəvi yanaşma kimi qiymətləndirilir. Modelin uğurunu təmin edən əsas amillər kimi güclü siyasi iradə, mərkəzləşdirilmiş idarəetmə, davamlı innovasiya və ictimai əks əlaqə mexanizmləri göstərilir.

Eyni zamanda nəşrdə vurğulanır ki, “ASAN xidmət”in məqsədyönlü tətbiqi dövlət xidmətlərinin transformasiyası üçün yüksək potensiala malikdir və region ölkələri bu təcrübəni istifadə edərək dövlət xidmətləri sahəsində inklüziv, şəffaf və dayanıqlı idarəetmə sistemləri qura bilərlər.


XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər