Rusiyadan İran terroruna dəstək – Moskva NİYƏ SUSUR?

Siyasət

06.03.2026 14:03

İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dünən günorta saatlarında dron hücumları həyata keçirilib. 

Hadisə ilə bağlı məlumatlar yayıldıqdan sonra müxtəlif ölkələr İranın hücumunu pisləyib. 

Bir çox ölkələr hücuma münasibət bildirsələr də, rəsmi Moskva hələ də susur. 

Sözügedən məsələni Milli Məclisin deputatı Elman Nəsirov TodayPress TV-yə şərh edib.   


O bildirib ki, hadisə baş verəndən dünyanın əksər ölkələrinin rəhbərləri Azərbaycan Prezidentinə zəng edir, həmrəyliyini bildirir və Azərbaycanı dəstəklədiyini ifadə edir: 

“Moskva isə susur. Ümumiyyətlə, söhbət terrordan gedirsə, susqunluq qəbul edilməməlidir. Susmaq razılıq əlaməti kimi qəbul oluna bilər”. 

Parlamentari qeyd edib ki, Rusiya İranın hücumunu qınamalıdır:    

“Yəni, Moskva doğrudanmı İranın Azərbaycana qarşı terror əməlinə təqdirlə yanaşır, onu müdafiə edir?! Hesab edirəm ki, ikitərəfli münasibətlərimizdə yeni çatlar əmələ gətirməməsi üçün Rusiya rəhbərliyi məsələyə reaksiya verməli və terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyini müdafiə etməlidir”. 

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. 

Jalə Rövşən

tag: İran ,Elman Nəsirov,Moskva ,Naxçıvan ,Todaypress.tv,