Zelenski: “Özümü xəyanətə uğramış hiss etdim”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin suverenliyinin hər hansı razılaşma naminə qurban verilməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski güclü tərəfdaşını itirdikləri üçün məyus olduğunu və özünü xəyanətə uğramış hiss etdiyini deyib.
“Özümü xəyanətə uğramış hiss etdim. Güclü tərəfdaşımızı itirdiyimiz üçün üzgünük. Ölkəmizi satmırıq. Bu, bizim üçün biznes deyil, həyatımızdır”, – deyə o vurğulayıb.
Zelenski qeyd edib ki, Ukrayna heç bir razılaşma naminə öz suverenliyindən imtina etməyəcək.
Kübra Musayeva