40 il əvvələ görə Kamboca özünü Azərbaycana borclu hesab edir

40 il əvvələ görə Kamboca özünü Azərbaycana borclu hesab edir
14.10.2026 14:16 Siyasət

Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

TodayPress TV  xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə Kambocanın Baş naziri Hun Manetin görüşündə müzakirə aparılıb.

Bildirilib ki, hər iki ölkənin parlamentləri Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm parlament platformalarında yaxından əməkdaşlıq edirlər.

Eyni zamanda iki ölkə arasında siyasi əlaqələrə də toxunularaq qeyd olunub ki, Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.

Kambocanın Baş naziri humanitar sahədə əlaqələrin əhəmiyyətini vurğulayaraq, sovet dövründə Azərbaycanın ali təhsil ocaqlarından yüzlərlə kambocalı gəncin məzun olduğunu və bu təcrübənin indi də davam etdirildiyini məmnunluqla vurğulayıb.

Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kamboca arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı da qeyd olunub.

Qiymət Mahir

TodayPress TV




XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər