Zelenski Maska “yalvardı”: “İnsanlar öləcəklər”

Zelenski Maska “yalvardı”: “İnsanlar öləcəklər”
14.10.2026 21:17 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski “Starlink” sisteminin söndürülməsini böyük səhv adlandırıb.

TodayPress TV xəbər verir ki, Zelenski jurnalist Pirs Morqana müsahibəsində İlon Maskı Ukraynanın “Starlink”ə çıxışını bərpa etməyə çağırıb.

“Bu, böyük səhvdir”, – deyə Ukrayna Prezidenti Maskın qərarını şərh edərkən bildirib.

Qərarın insanların ölümünə səbəb olub-olmayacağı ilə bağlı suala isə Zelenski müsbət cavab verib: “Əlbəttə, insanlar öləcək”.

O, Ukraynanın “Starlink” sisteminin yenidən aktivləşdirilməsini istədiyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər