Avropa Ukraynanı yarı yolda qoydu

Avropa Ukraynanı yarı yolda qoydu
14.10.2026 20:34 Dünya

Avropa İttifaqı Ukraynanın rabitə ehtiyaclarını ABŞ-nin Starlink peyk sistemi ilə müqayisə edilə biləcək səviyyədə təmin edə bilməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Tomas Renye Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ Ukraynanı özünün GovSatCom adlı qapalı peyk rabitəsi sisteminə qoşmağı planlaşdırır. Lakin Avropa IRIS peyk sistemi vasitəsilə əsas rabitə xidmətlərinin və hərbi məlumatların ötürülməsi imkanları yalnız 2029-cu ildə əlçatan olacaq.

Renye qeyd edib ki, Avropa İttifaqı 2033-cü ilədək IRIS sistemini tam əməliyyat hazırlığı səviyyəsinə çatdırmağı hədəfləyir. Bunun üçün 300-ə qədər hərbi və kommersiya peykindən istifadə olunması nəzərdə tutulur.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər