İsrail Qəzzada 8 kilometrlik tuneli sıradan çıxardı

İsrail Qəzzada 8 kilometrlik tuneli sıradan çıxardı
14.10.2026 21:01 Dünya

İsrail ordusu Qəzzada 100-dən çox döyüşçünü öldürdüyünü açıqlayıb.

TodayPress TV xəbər verir ki, İsrail Müdafiə Ordusunun məlumatına görə, 99-cu diviziya dörd ay ərzində Qəzza zolağının şimalında əməliyyatlar keçirib.

Əməliyyatlar zamanı HƏMAS-ın infrastrukturunun dağıdıldığı, təxminən 8 kilometr uzunluğunda yeraltı tunelin sıradan çıxarıldığı bildirilib. Həmçinin müşahidə və komanda məntəqəsi, eləcə də hücumlara hazırlıq üçün istifadə edilən obyektlər sökülüb.

Bildirilib ki, ərazidə əməliyyatları bundan sonra 162-ci diviziya davam etdirəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər