Laos AQEM-ə üzv qəbul edildi - FOTO

Laos AQEM-ə üzv qəbul edildi - FOTO
14.10.2026 15:34 Siyasət

Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM baş katibi Kairat Sarıbay və AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.

Mərasim zamanı Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.

Tədbirdə Azərbaycan xarici işlər naziri, Laos xarici işlər naziri və AQEM baş katibi çıxış edərək, bu qərarın AQEM üçün əhəmiyyətini vurğulayıblar, bu münasibətilə Laosu təbrik edərək, gələcək üzvlüklə bağlı xoş sözlərini ifadə ediblər.

Laosun üzvlüyü barədə yekun qərarın AQEM-in 15 oktyabr tarixində Bakıda baş tutacaq Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, AQEM üzv dövlətlərinin sayı 29-a çatacaq.

TodayPress TV

FOTOLAR

Laos AQEM-ə üzv qəbul edildi - FOTO — 1
Laos AQEM-ə üzv qəbul edildi - FOTO — 2
Laos AQEM-ə üzv qəbul edildi - FOTO — 3
Laos AQEM-ə üzv qəbul edildi - FOTO — 4
Laos AQEM-ə üzv qəbul edildi - FOTO — 5
XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər