Naxçıvana dron hücumunu pisləyən ölkələr – SİYAHI
Gündəm
05.03.2026 19:05
İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib.
Hadisə ilə bağlı məlumatlar yayıldıqdan sonra müxtəlif ölkələr İranın hücumunu pisləyib.
TodayPress TV sözügedən ölkələrin bu saata olan siyahısını təqdim edir:
- Ukrayna
- Fransa
- Qazaxıstan
- Türkiyə
- Latviya
- Gürcüstan
- Moldova
- İordaniya
- Küveyt
- İsrail
- Böyük Britaniya
- Səudiyyə Ərəbistanı
- Qətər
- Estoniya
- Suriya
- Niderland
Göründüyü kimi, bir çox ölkələr hücuma münasibət bildirsələr də, rəsmi Moskva hələ də susur.
Qeyd edək ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Hücum İran tərəfindən təkzib olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı dərhal bəyanat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi hücumun dettalarını açıqlayıb.
Günəş Mərd
tag: İran ,Naxçıvan,Ukrayna,Türkiyə,Gürcüstan,Hücum,Dron,Todaypress.tv,
