Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA
06.07.2025 19:24 Siyasət

"Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər sülh yolu ilə, hər iki tərəfin maraqları nəzərə alınmaqla və bir-birinə hörmətlə həll oluna bilər".

TodayPress TV xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Sergey Melikov özünün "Telegram" kanalında yazıb.

"Bölgədə Dağıstanı vətəni hesab edən çox sayda azərbaycanlı yaşayır. Bizim əlaqələrimiz coğrafi əlaqələrdən daha üstündür. Bu, tarix, qohumluq bağları, mədəniyyət, birgə həyatdır", - deyən Melikov məhz Dağıstanda azərbaycanlıların yerli xalq olduğunu qeyd edib.

Respublika rəhbəri əmindir ki, ölkələri münaqişəyə cəlb etmək cəhdləri Dağıstan üçün, Azərbaycan üçün, bütün Rusiya üçün sülh və sabitlik istəməyənlər tərəfindən edilir. Onun sözlərinə görə, xarici qüvvələr dəfələrlə başqasının əli ilə vəziyyəti pozmağa cəhd etsələr də, nəticəsiz qalıb.

"Mən hər kəsə müraciət edirəm: həm dağıstanlılara, həm də azərbaycanlı qardaşlarımıza, - zərbə endirilməsinə imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara aldanmayın, məişət millətçiliyinə qədər enməyin", - deyə Məlikov çağırış edib.

Xatırladaq ki, Rusiya FTX-nin iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların evlərinə basqın etməsindən sonra iki ölkə arasında münasibətlər pisləşib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

(Oxu.az)

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər