Ərdoğan Məkkə müdafiə sazişini parlamentə çıxarır

Ərdoğan Məkkə müdafiə sazişini parlamentə çıxarır
12.10.2026 21:43 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkə müdafiə sazişinin ratifikasiya olunması üçün yaxın günlərdə parlamentə təqdim ediləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o Nazirlər Kabinetinin iclasından sonra çıxışında danışıb.

Lider, həmçinin husilərin Ər-Riyad hava limanına hücumunu da kəskin şəkildə pisləyib.

Qeyd edək ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan üçtərəfli müdafiə sazişi avqust ayında Yaxın Şərqdə, o cümlədən ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda artan münaqişələrə cavab olaraq gündəmə gəlib.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər