Ərdoğan Ər-Riyada husilərin hücumlarını qətiyyətlə pislədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ənsar Allah” üsyançı hərəkatının (husilərin) Ər-Riyad hava limanına hücumlarını pisləyib və ölkəsinin Səudiyyə Ərəbistanına tam dəstək verdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ankarada sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair açıqlamasında bildirib.
“Oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına husilərin həyata keçirdiyi, 12 nəfərin həlak olması və 309 nəfərin yaralanması ilə nəticələnən hücumları qətiyyətlə pisləyirik. Türkiyə bu qanunsuz və qeyri-insani hücumlara qarşı mübarizədə Səudiyyə Ərəbistanını və səudiyyəli qardaşlarımızı dəstəkləyir.
Biz regionumuzda sülh və sabitliyin hökm sürməsini istəyirik”, – deyə Türkiyə lideri qeyd edib.
Aysel Mətləb