Qlobal enerji bazarında yeni siqnal – Azərbaycan ön planda

Sənaye və energetika

11.05.2026 15:30

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının 2026-cı il üzrə orta qiyməti üzrə proqnozunu 141 dollardan çox artırıb.

TodayPress TV xəbər verir ki, Fond 2026-cı il üçün Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiyməti ilə bağlı proqnozunu 1 000 kubmetr üçün 380,4 ABŞ dollarından 521,9 dollara qaldırıb.

Bu, əvvəlki proqnozla müqayisədə 141,5 dollar və ya 37,2% çoxdur.

IMF 2027-ci il üzrə proqnozunu 326,5 dollardan 424,3 dollara yüksəldib. Bu isə 97,8 dollar və ya 30% artım deməkdir. 2028-ci il üçün proqnoz 287,1 dollardan 312,1 dollara kimi artırılıb.

Fond 2029, 2030 və 2031-ci illər üçün də qazın orta ixrac qiymətini 1 000 kubmetr üçün 312,1 dollar səviyyəsində götürüb. Bu göstərici fevral proqnozu ilə müqayisədə 25 dollar və ya 8,7% yüksəkdir.

TodayPress TV

tag: Qaz,İMF,Azərbaycan,Artım,Todaypress.tv,