Krım dövləti elan olunur - Ukraynada möhtəşəm an
Ukrayna ilə Krım tatar türkləri arasında Krımda dövlət qurulması barədə razılıq əldə edildiyi bildirilib. Razılaşmaya əsasən, Krım tatar türkləri yarımadada öz muxtar idarəetmə sisteminə sahib olacaqlar.
TodayPress TV xəbər verir ki, bu barədə Krım tatarlarının milli lideri Mustafa Əbdülcəmil Krımoğlu “Türkiye” qəzetinə açıqlamasında bildirib.
O bildirib ki, müharibə davam etdiyi üçün Konstitusiyaya zəruri dəyişiklik hələ edilməyib. Krımoğlunun sözlərinə görə, şərait tələb edərsə, sürgündə respublika elan oluna bilər.
Sürgün edilmiş yüz minlərlə Krım tatar türkünün öz vətəninə qayıdaraq öz bayrağı altında yaşamaq hüququ tanınacaq.
Zəhra Məmmədova
TodayPress TV
Ukrayna
Rusiya
Krım tatarları
Konstitusiya
Mustafa Əbdülcəmil Krımoğlu
Zəhra Məmmədova