Çempionluqdan sonra şok qərar: Konte “İnter”i niyə tərk etdi?

Çempionluqdan sonra şok qərar: Konte “İnter”i niyə tərk etdi?
20.11.2026 11:16 İdman

İtaliyalı baş məşqçi Antonio Konte 2020/2021-ci illər mövsümündə “İnter”lə çempionluq qazandıqdan sonra komandadan ayrılmasının səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, mütəxəssis bu barədə “Cronache di Spogliatoio”ya “X” sosial şəbəkə vasitəsilə verdiyi müsahibədə danışıb.

Konte bildirib ki, “İnter” rəhbərliyi onu komandaya dəvət edərkən əsas məqsədin uzun illər davam edən uğursuzluğa son qoymaq, “Yuventus”un İtaliyadakı üstünlüyünü qırmaq və beynəlxalq arenada uğur qazanmaq olduğunu vurğulayıb.

“Cüzeppe Marotta və Stiven Çjan mənə yaxınlaşaraq dedilər: “Səni bizi yenidən qələbə yoluna qaytarmağın üçün istəyirik. Artıq 10 ildir çempion olmuruq, İtaliyada “Yuventus”un hegemonluğuna son qoymaq və xaricdə də özümüzü göstərmək istəyirik”.

Klubun məqsədi aydın idi və biz birlikdə yeni yola başladıq. Mənimlə işləyərkən nə gözlədiyinizi bilirsiniz. Müəyyən istiqamətdə irəliləmək barədə razılığa gəlmişiksə, həmin istiqamətdə də hərəkət etməliyik.

“İnter”dən ayrıldım, çünki Skudetto qazandıqdan sonra keçirilən görüşdə rəhbərlik yayda demək olar ki, istənilən futbolçunu satmağa hazır olduğunu bildirdi. Bu isə əvvəlki razılaşmamızdan fərqlənirdi”, – deyə Konte bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər