Rusiyanın zərbələri nəticəsində Kiyevdə 3 nəfər ölüb

Rusiyanın zərbələri nəticəsində Kiyevdə 3 nəfər ölüb
20.11.2026 09:57 Dünya

Rusiyanın hücumları Kiyev və Xarkovda mülki infrastruktura  ziyan vurub. Hər iki şəhərdə yanğınlar baş verib.

TodayPress TV xəbər verir ki, Kiyevdə hücum nəticəsində 3 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, ölənlər “Kiyevvodokanal”ın əməkdaşlarıdır. O, ümumilikdə, təxminən 15 nəfərin yaralandığını bildirib.

Paytaxtın müxtəlif rayonlarında yaşayış və qeyri-yaşayış binalarında yanğınlar baş verib. Həmçinin infrastruktur obyektinə və körpülərdən birinin yaxınlığındakı açıq əraziyə zərbə qeydə alınıb.

Xarkovda isə Rusiya dronunun Şevçenko rayonundakı xəstəxanaya düşməsi nəticəsində 4 nəfər yaralanıb, 50-dən çox pəncərə sınıb. Daha sonra həmin rayonda yaşayış kompleksinə də zərbə endirildiyi və yanğın baş verdiyi bildirilib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər