Əfsanə yazmağa davam edir: Oveçkin klub tarixində zirvəyə yüksəldi!
“Vaşinqton Kepitals”ın rusiyalı hücumçusu Aleksandr Oveçkin klub tarixində məhsuldar ötürmələrin sayına görə yeni rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, NHL-in müntəzəm çempionatı çərçivəsində “Vaşinqton” doğma meydanda “Buffalo Seybrz”ə 3:6 hesabı ilə məğlub olub. Qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan Oveçkin klubun tarixinə düşüb.
Bu, 40 yaşlı hücumçunun “Vaşinqton”un heyətində 763-cü məhsuldar ötürməsi olub. Beləliklə, o, bu göstəricidə Niklas Bekstryomu geridə qoyaraq klub rekordunu yeniləyib.
NHL-də 22-ci mövsümünü keçirən Oveçkin indiyədək 6 xal (1 qol və 5 məhsuldar ötürmə) toplayıb. Onun karyerası ərzində müntəzəm çempionatlarda vurduğu qolların sayı 930-a, pley-off oyunları da daxil olmaqla ümumi göstəricisi isə 1007-yə çatıb.
Qeyd edək ki, Stenli Kubokunun pley-off mərhələsindəki qollar da nəzərə alınmaqla, Oveçkin bu göstəricidə yalnız kanadalı Ueyn Qretzkidən geri qalır. Qretzkinin hesabında 1016 qol var.
Namiq HUN