Üçüncü Dünya müharibəsi qorxusu – Amerikalılar ən pis günə hazırlaşır
Hər 10 amerikalıdan dördü fövqəladə hallar üçün əvvəlkindən daha çox ehtiyat topladığını deyir.
TodayPress TV “Ipsos”tədqiqat şirkətinin keçirdiyi sorğuya istinadən xəbər verir ki,hər 10 amerikalıdan dördü ərzaq, su və batareya kimi zəruri vasitələri ehtiyatda saxlamağa əvvəlkindən daha çox meyilli olduğunu bildirir.
“Omnibus” platformasında keçirilən bu sorğuda amerikalılara mədəniyyət, iqtisadiyyat və həyatımızı formalaşdıran amillər barədə suallar verilir. Bu həftə öyrəndiklərimizdən biri də budur.
Fəlakətlərə hazırlıq barədə niyə soruşduq? Bu sualı əslində sifarişçilərimizdən biri vermişdi. Amma sual hər il öz aramızda zarafatla “zombi apokalipsisi” adlandırdığımız sualla səsləşir. Hərçənd sualın özündə zombilərdən söz açılmır.
Nə öyrəndik? Amerikalıların təxminən yarısı (48%) fövqəladə hallar üçün əvvəlki qədər ehtiyat saxladığını deyir. Bununla belə, 43% hazırda ərzaq, su, dərman və batareya kimi zəruri vasitələri ehtiyatda saxlamağa daha çox meyilli olduğunu bildirir. Yalnız 8% buna həvəsinin azaldığını deyir. Əvvəlkindən daha çox ehtiyat toplamağa meyilli olanların payı yaş qrupları üzrə az fərqlənir. Ən gənc yaş qrupunda bu göstərici 50%, ən yaşlı qrupda isə 38%-dir. Aradakı fərq 12 faiz bəndidir. Gəlir səviyyəsinə görə də nəzərəçarpacaq fərq yoxdur.
Hər il verdiyimiz “apokalipsis” sualına cavablar bu nəticəni maraqlı edir. Təxminən hər 10 nəfərdən yalnız biri Üçüncü Dünya müharibəsi və ya iqtisadiyyatın tamamilə çökməsi kimi mümkün fəlakətlərin heç birindən narahat olmadığını deyir.
Deməli, çoxumuz hər şeyin bu və ya digər şəkildə alt-üst ola biləcəyindən narahatıq. Bununla belə, belə bir vəziyyətə hazırlaşmaq üçün bəzən ən sadə addımları belə atmırıq. Bəlkə də bu, artıq dəyişməyə başlayır. Görünür, sorğunun növbəti mərhələlərində bunu izləməli olacağıq. Əlbəttə, gələcəyimiz olsa!
Zəhra Məmmədova