İslam dünyada ən böyük dinə çevriləcək? – Yeni proqnoz

İslam dünyada ən böyük dinə çevriləcək? – Yeni proqnoz
20.11.2026 10:18 Dünya

Əsrlərdir dünyanın ən böyük dini olan xristianlıq yaxın onilliklərdə liderliyini itirə bilər. Yeni proqnozlara görə, müsəlmanların sayı 2035-ci ilə qədər xristianları ötə bilər.

TodayPress TV xəbər verir ki, “Pew Research Center”in araşdırmasına əsasən, hər iki dini qrupun sayı artsa da, müsəlmanların artım tempi daha yüksəkdir.

Mövcud tendensiya davam edərsə, 2070-ci ildə dünyada müsəlmanların sayı 3,6 milyardı keçəcək, xristianların sayı isə 3 milyarddan bir qədər az olacaq.

Proqnoza görə, 2020-2070-ci illər arasında dünya əhalisinin ümumi sayı 29 faiz artacaq. Bu dövrdə müsəlmanların sayının 80 faiz, xristianların sayının isə 30 faiz artacağı gözlənilir.

Beləliklə, 2070-ci ildə müsəlmanların dünya əhalisinin 36 faizini təşkil edəcəyi proqnozlaşdırılır. 2020-ci ildə bu göstərici 26 faiz olub. Xristianların payının isə təxminən 29 faiz səviyyəsində qalacağı gözlənilir.

Araşdırmaya əsasən, hinduların sayı artsa da, dünya əhalisi içərisində payı azalacaq. Yəhudilər arasında da oxşar tendensiyanın müşahidə olunacağı proqnozlaşdırılır. Buddistlərin həm ümumi sayı, həm də dünya əhalisindəki payı azalacaq.

Dini mənsubiyyəti olmayan insanların dünya əhalisindəki payının isə 2020-ci ildəki 24 faizdən 2070-ci ildə 17 faizə düşəcəyi gözlənilir.

Qeyd edək ki, bu rəqəmlər mövcud demoqrafik tendensiyalar əsasında hazırlanmış proqnozlardır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər