Paralimpiya çempionunu da məğlub etdi: Sabir dünya zirvəsində!

Paralimpiya çempionunu da məğlub etdi: Sabir dünya zirvəsində!
20.11.2026 11:38 İdman

Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında Azərbaycan idmançısı Sabir Zeynalov qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız bütün rəqiblərinə qalib gələrək dünya çempionu tituluna sahib çıxıb.

Zeynalov 1/8 finalda Hindistan təmsilçisi Mohit Singh, 1/4 finalda Monqolustan idmançısı Tyemirbyek Khaulyet, yarımfinalda isə Taypey təmsilçisi Xiao Xiang-wen üzərində qələbə qazanaraq finala yüksəlib.

Həlledici qarşılaşmada paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edən Sabir Zeynalov dünya çempionatının qızıl medalına yiyələnib.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər