Vəkilə narkotik tərkibli dərman satan aptek müdiri həbs edildi

Vəkilə narkotik tərkibli dərman satan aptek müdiri həbs edildi
20.11.2026 11:20 Sosial

Xəbər verdiyimiz kimi, “Alyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib.

TodayPress TV Lent.az-a istinadən xəbər verir ki, onunla birgə daha bir nəfər həbs edilib.

Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir.

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.

Məhkəmənin qərarı ilə X. Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib. 

TodayPress TV


XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər