Putin Çinə ayaq basan gün Pekin Rusiyaya dron zərbəsi vurdu
Çin Rusiyaya pilotsuz uçuş aparatları üçün mühərrik və digər komponentlərin ixracına yeni məhdudiyyətlər tətbiq edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər noyabrın 18-də – Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla Şençjendə görüşdüyü gün qüvvəyə minib və reaktiv mühərrikləri, pilotsuz uçuş aparatları üçün digər mühərrikləri, dron qruplarının idarə edilməsində istifadə olunan radio modullarını, sürət tənzimləyicilərini və fırçasız elektrik mühərriklərini əhatə edir.
Bu komponentlər Rusiyanın Tatarıstan Respublikasının Alabuqa xüsusi iqtisadi zonasında istehsal etdiyi “Şahed” tipli hücum dronlarında istifadə olunur. Bundan sonra həmin məhsulların Çindən ixracı üçün ölkənin Ticarət Nazirliyindən xüsusi lisenziya alınması tələb ediləcək.
Ukrayna tərəfi Çinin qərarını müsbət qarşılayıb. Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə komissarı Vladislav Vlasyuk yeni ixrac nəzarəti tədbirlərinə görə Pekinə təşəkkür edib və məhdudiyyətlərin ciddi şəkildə tətbiq olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, yeni qaydalar Rusiyanın hərbi dron istehsalında istifadə etdiyi bütün Çin komponentlərini əhatə etmir.