Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
03.10.2026 09:05 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları və ya 0,6 % azalaraq 124,01 ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 126,96 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,59 ABŞ dolları və ya 2,2% azalaraq 114,74 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər