Britaniya şahzadəsi müharibəyə hazırdır: Yenidən silaha sarıla bilər
Britaniya şahzadəsi Harri Rusiya ilə mümkün müharibə vəziyyətində ölkəsinin ordusunda xidmət etməyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o, Lvovda verdiyi müsahibədə Avropanın Rusiya ilə mümkün münaqişəyə hazırlaşmalı olduğunu vurğulayıb.
“Əgər məni hərbi xidmətə çağırsalar və buna ehtiyac yaranarsa, ölkəmə xidmət etməyə 100 faiz hazıram”, – deyə Harri bildirib.
Qeyd edək ki, şahzadə Britaniya ordusunda 10 il xidmət edib. O, iki dəfə Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib və bu müddətdə “Apache” döyüş helikopterinin pilotu olub.
Kübra Musayeva