Süni intellekt dövründə ilin sözü “insan” oldu
İngilis dilində 2026-cı ilin əsas sözü “human” (“insani”, “insana məxsus”) seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə Kembric lüğətinin rəsmi saytında məlumat verilib.
Lüğətdə “human” sifəti heyvanlardan, maşınlardan və tanrılardan fərqli olaraq insanlara aid olan məfhum kimi izah edilir. Dilçilər bildiriblər ki, son aylarda bu söz daha çox “insan tərəfindən yazılmış” və “insan tərəfindən yaradılmış” ifadələrində işlədilib.
Lüğətin baş redaktoru Kolin Makintoşun sözlərinə görə, axtarış sorğularının və internet trendlərinin təhlili 2026-cı ildə insan amilinə marağın yenidən artdığını göstərib.
O qeyd edib ki, süni intellektin dünyada təsirinin genişləndiyi bir vaxtda insanlar insan əməyini maşın əməyindən fərqləndirməyə daha çox əhəmiyyət verirlər.
Kübra Musayeva