Paşinyan istefa vermək üçün Azərbaycanla bağlı şərtini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra istefa verəcəyini açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
O bildirib ki, yeni Konstitusiya ilə bağlı referendum uğursuz olarsa, vəzifəsini tərk edəcək. Sənəd qəbul ediləcəyi təqdirdə isə Azərbaycanla sülh prosesini yekunlaşdırmaq, sülh sazişini imzalamaq, nəqliyyat kommunikasiyalarını açmaq və sərhədin mübahisəli hissələrini tənzimləmək niyyətindədir.
Paşinyan bu addımların atılmasından sonra da istefa verəcəyini bildirib. Baş nazir sülh sazişi imzalanana qədər vəzifəsindən getmək niyyətində olmadığını vurğulayıb.
O, həmçinin müxalifəti sülh prosesinə mane olmaqda ittiham edib.
Kübra Musayeva