Əvvəlcə "Apple", indi də "GTA VI": "PlayStation Network" çökdü

Əvvəlcə "Apple", indi də "GTA VI": "PlayStation Network" çökdü
19.11.2026 06:12 Dünya

“GTA VI” videooyununun təqdimatı ərəfəsində "PlayStation Network" istifadəçiləri şəbəkənin işində nasazlıqlarla üzləşdiklərini bildirirlər.

TodayPress TV xəbər verir ki, bu barədə internet resurslarında baş verən nasazlıqları izləyən “Downdetector” portalının məlumatlarında qeyd olunub.

Bildirilib ki, "PlayStation" xidmətlərinin işində problemlər “GTA VI”nın Hindistan regionunda təqdimatının baş tutduğu vaxt qeydə alınmağa başlayıb.

Ən çox şikayət Almaniyadan daxil olub. Burada 6,8 mindən çox müraciət qeydə alınıb. Fransada şikayətlərin sayı 3,3 min, Niderlandda 2,5 min olub. ABŞ-də isə təxminən 900 nasazlıq qeydə alınıb.

İstifadəçilər əsasən serverə qoşulma və hesablarına daxil olma zamanı xətalarla, eləcə də videooyunların işində yaranan problemlərlə üzləşdiklərini bildiriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər