Zelenski Putinin qarşısını kimin ala biləcəyini dedi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin istəyi olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini dayandıra biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski “NBC News” telekanalına müsahibəsində müharibənin Donald Tramp, Vladimir Putin və Si Cinpinin iştirakı ilə keçiriləcək bir görüşdə başa çatdırıla biləcəyini deyib.
Onun sözlərinə görə, ABŞ və Çinin Moskvaya birgə təzyiq göstərməsi həlledici rol oynaya bilər. Xüsusilə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və ya bununla bağlı təhdidlər müharibənin sona çatmasına gətirib çıxara bilər.
Kübra Musayeva