Ukrayna üçün BƏD XƏBƏR: Portuqaliya F-16 qırıcılarını verməkdən imtina etdi

Ukrayna üçün BƏD XƏBƏR: Portuqaliya F-16 qırıcılarını verməkdən imtina etdi
18.11.2026 23:32 Dünya

Portuqaliya öz hava məkanını qorumaq üçün F-16 qırıcılarına ehtiyac duyduğundan Ukraynaya əlavə təyyarələr verə bilməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Portuqaliyanın xarici işlər naziri Paulu Ranjel bəyan edib.

"Bilavasitə təyyarələrə gəldikdə isə, bu, mümkün deyil, çünki onlar Portuqaliyanın hava məkanının müdafiəsi üçün son dərəcə zəruridir", - deyə o bildirib.

Diplomat vurğulayıb ki, Portuqaliya üçün potensial təhdidlərin səviyyəsi kifayət qədər yüksəkdir, buna görə də silahlı qüvvələr bütün zəruri müdafiə vasitələrinə malik olmalıdır. Aviasiya parkının saxlanılması qərarı ölkənin milli təhlükəsizlik prioritetləri ilə diktə olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər