Azərbaycan Super Liqası: “AZERRAIL” “Murov Az Terminal”ı məğlub etdi
Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci turun oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Qarşılaşma “AZERRAIL”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komanda ilk setdə 25:22, ikinci setdə 25:20, üçüncü setdə isə 25:23 hesabı ilə üstün olub.