Britaniyanın müdafiə nəhəngində minlərlə işçi ixtisar olunur - Səbəb isə...

Britaniyanın müdafiə nəhəngində minlərlə işçi ixtisar olunur - Səbəb isə...
18.11.2026 23:05 Dünya

Böyük Britaniyanın ən böyük müdafiə şirkəti olan "BAE Systems" 1 070 iş yerini ixtisar edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, əsas ixtisarlar şirkətin mərkəzi ofisinə və onun aviasiya bölməsinə təsir edəcək.

Telekanal "BAE Systems" nümayəndəsinin sözlərini sitat gətirib. O bildirib ki, bu addım "şirkətin çevikliyinin və rəqabət qabiliyyətinin artırılması üzrə daimi işlərin" növbəti mərhələsi çərçivəsində atılacaq.

"Sky News" qeyd edir ki, şirkətin aviasiya bölməsi "Eurofighter Typhoon" qırıcılarının istehsalında əsas rol oynayır. Hazırda o, həmçinin İtaliyanın "Leonardo" və Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkətləri ilə onların varisinin — 2035-ci ilə qədər yaradılması planlaşdırılan altıncı nəsil qırıcının hazırlanmasında əməkdaşlıq edir.

Hazırda "BAE Systems"in Böyük Britaniyadakı müəssisə və ofislərində 50 min nəfər işləyir, altı il əvvəl isə bu rəqəm 35 min nəfər olub. Onlardan 18,5 min nəfəri aviasiya bölməsində, o cümlədən qırıcıların istehsalında, daha 1 min nəfəri isə şirkətin mərkəzi ofisində çalışır. Bu ay şirkət 2026-cı ildə əməliyyat mənfəətinin 10-12% artacağını proqnozlaşdırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər