ABŞ Venesuela ordusunu "başdan-ayağa" yeniləyəcək

ABŞ Venesuela ordusunu "başdan-ayağa" yeniləyəcək
19.11.2026 00:01 Dünya

ABŞ ilə Venesuela arasında müdafiə və təhlükəsizlik sahəsində yeni razılaşma, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsinə aiddir.

TodayPress TV xəbər verir ki, bu barədə müdafiə naziri Pit Heqset Karakasdakı ABŞ səfirliyində sözügedən sazişin imzalanması münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edərkən bildirib.

"ABŞ və Venesuelanın birlikdə təlimlər keçirmək, kəşfiyyat məlumatları mübadiləsi aparmaq, daha çox hərbi texnikadan birgə istifadə etmək üçün Amerikaya Venesuela hökuməti və Silahlı Qüvvələri ilə əməkdaşlıq etməyə imkan verən, hərbi tərəfdaşlığı bərpa edən tarixi saziş imzaladığını elan etməkdən məmnunam", - deyə Pentaqon rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ABŞ Venesuelaya təhlükəsizlik və müdafiə sahəsində dərin islahatların aparılmasında, o cümlədən ordusunun "başdan-ayağa" modernləşdirilməsi məqsədilə yardım göstərməyə hazırdır.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər