Ermənistan ordusunda daha bir müəmmalı ölüm hadisəsi baş verdi
Ermənistanda hərbçi intihar edib.
TodayPress TV xəbər verir ki, müqavilə əsasında hərbi xidmət keçən N.B. Sotkda yerləşən hərbi hissədə ölü tapılıb.
İlkin məlumatlara görə, hərbçi başından odlu silah yarası alıb. Onun özünü güllələdiyi bildirilir.
Məlumata əsasən, N.B. Qavar şəhərindəndir. Atasının isə ölkə xaricində yaşadığı qeyd olunur.
Ermənistan Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaxın vaxtlarda açıqlama yayacağı gözlənilir.
Kübra Musayeva