Tramp Vensdən narazıdır - Ağ Evdə yeni "kreslo savaşı" başlayır?
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İranla müharibə ilə bağlı mövqeyi ölkə administrasiyasının rəhbəri Donald Trampda getdikcə daha çox narazılıq yaradır.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti yazıb.
Nəşrin məlumatına görə, ABŞ lideri əvvəlcə aralıq seçkilərdən sonra Vensin açıqlamasına açıq şəkildə sakit reaksiya verib. Həmin açıqlamada siyasətçi respublikaçıların məğlubiyyətini İranla münaqişə ilə əlaqələndirib.
Lakin son iki həftə ərzində Trampın vitse-prezidentə qarşı narazılığı artıb. O, köməkçilərinə Vensin arqumentlərini ifadə etmə tərzindən və açıqlamalarında Trampın İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlamaq qərarının düzgün olduğunu vurğulamamasından narazılığını bildirib.
Bununla yanaşı, Tramp ABŞ dövlət katibi Marko Rubionun fəaliyyətini yüksək qiymətləndirməkdə davam edir və şəxsi söhbətlərində onun güclü prezidentliyə namizəd ola biləcəyini söyləyir.
Qeyd olunur ki, Trampla münasibətlərdə yaranan gərginlik Vensin prezidentliyə namizədliyinin irəli sürülməsinə təsir göstərə bilər.
Nəşrin vitse-prezidentin ətrafındakı mənbələrinin məlumatına görə, Vens hələ seçki yarışında iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verməyib.
Aysel Mətləb