“Turan” doğma meydanda gücünü göstərdi

“Turan” doğma meydanda gücünü göstərdi
18.11.2026 22:57 İdman

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü tura start verilib.

TodayPress TV xəbər verir ki, turun açılış oyununda “Turan” doğma meydanda “Naxçıvan”ı qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Turan” ilk setdə 25:14, ikinci setdə 25:18, üçüncü setdə isə 25:20 hesabı ilə üstün olub.

Beləliklə, Tovuz təmsilçisi mövsümdə doğma meydanda ilk qələbəsini qazanıb və məğlubiyyətsiz seriyasını davam etdirib.

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər