Turşular insan sağlamlığı üçün faydalıdır

Turşular insan sağlamlığı üçün faydalıdır
22.09.2025 18:45 Sağlamlıq

Mütəxəssislər gündəlik qidalanmaya turşu məhsullarının daxil edilməsinin bağırsaq mikroflorasına və immun sisteminə müsbət təsir göstərdiyini bildirirlər.

TodayPress TV xəbər verir ki, kələm turşusu, xiyar turşusu və sarımsaq turşusu kimi məhsullar faydalı bakteriyalarla zəngindir. 

Bu qidalar infeksiyalara qarşı müqaviməti artırır, qocalma prosesini ləngidir, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və psixi sağlamlığa da müsbət təsir göstərə bilər.

Qeyd olunur ki, turşu məhsulları təkcə dad baxımından deyil, həm də təbii probiotik mənbə kimi istənilən qida əlavələrinə alternativ ola bilər.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər