Çin böyüyür, Amazon meşələri azalır - Kosmosdan görünən dəyişikliklər
Çinin şəhərlərinin genişlənməsi və gecə işıqlarının artması kosmosdan aydın müşahidə olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Yuri Qaqarin adına Kosmonavtların Hazırlığı Mərkəzinin rəhbəri Oleq Kononenko "TASS"a açıqlamasında bildirib.
O qeyd edib ki, əvvəlki uçuşlarla müqayisədə kosmosdan insan fəaliyyətinin izləri daha aydın görünür. Kosmonavtın sözlərinə görə, Çin xeyli dəyişib, şəhərlər böyüyür və gecələr işıqları ilə seçilir. Pekin isə getdikcə genişlənir.
Kononenko, həmçinin Amazon meşələrinin də illər ərzində dəyişdiyini bildirib. Onun sözlərinə görə, ağacların kəsilməsi nəticəsində meşələr seyrəlir.
Aysel Mətləb