KTM: "Bir ay ərzində 76 uşaq uğurla əməliyyat edilib"

KTM: "Bir ay ərzində 76 uşaq uğurla əməliyyat edilib"
03.10.2025 14:16 Sağlamlıq

2025-ci ilin sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Uşaq Cərrahiyyəsi şöbəsinə ümumilikdə 522 poliklinik müraciət daxil olub. 

TodayPress TV xəbər verir ki, Həkim-cərrahlar tərəfindən ay ərzində 55 təcili və 21 planlı əməliyyat uğurla icra edilib. 

Əməliyyatdan sonrakı dövrdə bütün pasiyentlər stasionar nəzarət altında saxlanılıb, lazımi tibbi müdaxilələr həyata keçirilib. Pasiyentlərin əməliyyatdan sonrakı vəziyyəti stabil olub, bərpa dövrü normal gedişlə davam edib. Uşaqların əksəriyyəti qısa müddət ərzində sağlamlıq göstəricilərində əhəmiyyətli yaxşılaşma ilə evə buraxılıblar.

Əməliyyatlar və stasionar müalicə prosesi zamanı heç bir ağırlaşma və ölüm halı qeydə alınmayıb.

Qeyd edək ki, Uşaq Cərrahiyyəsi şöbəsi Kliniki Tibbi Mərkəzin III korpusunun II mərtəbəsində yerləşir. Şöbə 20 çarpayı və 10 palata ilə fəaliyyət göstərir. Hazırda burada 9 həkim, 13 tibb bacısı və 8 xəstə baxıcısı pasiyentlərə xidmət göstərir.

Şöbədə körpəlik dövründən yeniyetməlik yaşına qədər (0–14 yaş) bütün cərrahi əməliyyatlar həyata keçirilir. Xüsusilə perinatal diaqnostika zamanı aşkarlanan və doğumdan sonra təsdiqlənən anomaliyaların müalicəsi şöbənin əsas istiqamətlərindəndir. Yenidoğulmuşlarda aparılan təqib və müalicələr uşaq cərrahları tərəfindən yüksək peşəkarlıqla icra olunur.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
“Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 ABŞ Ukraynaya görə silah istehsalını əhəmiyyətli dərəcədə artırır - müdafiə naziri bəyan etdi 20:29 ABŞ daha bir gəmini sıradan çıxardı 20:16 İlanı vurmaq istədi, 5 nəfəri yaraladı 19:25 Bütün Xəbərlər