Həkimdən çağırış: "Kişilər estetik müdaxiləli qadınlara həsrətlə baxanda..." - VİDEO

Həkimdən çağırış: "Kişilər estetik müdaxiləli qadınlara həsrətlə baxanda..." - VİDEO
20.09.2025 22:00 Sağlamlıq

Son illər qadınlar arasında estetik əməliyyatlara maraq nəzərəçarpacaq dərəcədə artıb.

TodayPress TV xəbər verir ki, əvvəllər nadir hallarda rast gəlinən bu prosedurlara üz tutanların sayı həm paytaxtda, həm də bölgələrdə kifayət qədərdir.

Bəs bu kimi əməliyyatların artmasına səbəb nədir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan terapevt Günay Lətifovanın sözlərinə görə, estetik əməliyyatlara üz tutanların əksəriyyəti daha çox estetik görünüş, özünəinam və sosial münasibətlərdə rahatlıq qazanmaq üçün bu addımı atırlar:

"Əslində, son illər gözəllik anlayışı dəyişib. Xanımlar təbii gözəllik əvəzinə öz gözəlliklərinə daha da gözəllik qatmağa çalışırlar. Bu gün plastik cərrahlara yaxınlaşan xanımların əksəriyyəti həddindən artıq böyük bədən ölçüləri istəyir. Həkimlər bunu müxtəlif səbəblər gətirərək rədd etsə də, pasiyentin şəxsi istəyi olduğu üçün bunu icra etmək məcburiyyətində qalırlar. Sonra da yaxşı görünməyəndə həkimin adı mənfi mənada hallanır".

Həkim hesab edir ki, xanımların bu kimi əməliyyatlara müraciət etməsinin əsl səbəbləri arasında şəxsi münasibətlərdə edilən səhvlər də var:

"Xanımların bir-birinə oxşamağa çalışmalarında sosial medianın təsirləri çoxdur. Onların həyat yoldaşlarının sosial mediada və ya real həyatda o tip əməliyyatlı xanımlara baxmaqları da xanımların bu qərarı verməsinə də səbəb olur. Kişi xanımına "sən də belə ol" demir, amma o tip xanımlara baxdıqda həyat yoldaşında bu təəssürat yaranır. Kişilərin əksəriyyəti yoldaşlarının çox da gözəl görünmələrini istəmirlər. Siz (kişiləri nəzərdə tutur - red.) başqasında onu görüb həsrətlə baxanda xanımınızı kompleksə salırsınız. O da elə düşünür ki, belə daha yaxşıdır, ona görə mənim yoldaşım və əksər kişilər baxır. Niyə mən özümə baxmayım?"

Sosioloq Hüseyn İbrahimov isə hesab edir ki, bu tendensiyanın əsas səbəblərindən biri cəmiyyətin gözəllik standartlarının dəyişməsi və sosial şəbəkələrin təsiridir:

"Hər hansı dövrdə insanlarda modaya qarşı meyllilik artır. Ancaq moda keçici bir məsələdir - hansısa dövrdə olur və keçir. Keçməyən məsələlər də var ki, bunlardan biri də məhz estetik əməliyyatlardır. Bu əməliyyatların artmasında insanların sosial media paylaşımlarının təsiri çoxdur. Cəmiyyət arasında tanınan müğənnilər və digər məşhurlar da estetik əməliyyatlardan sonra öz yeni gözəlliklərini paylaşaraq bu əməliyyatları təbliğ edirlər. Mənə elə gəlir ki, cəmiyyətdə müəyyən mövqe tutan şəxslər bu əməliyyatları etdikdən sonra onu xüsusi ictimai təbliğat vasitəsinə çevirməməlidirlər. İctimai rəydə formalaşan gözəllik anlayışı da insanları plastik əməliyyata daha çox yönləndirir". 

Daha ətraflı TodayPress TV-nin süjetində:


Ziyafət Əlisoy

TodayPress TV

FOTOLAR

Həkimdən çağırış: "Kişilər estetik müdaxiləli qadınlara həsrətlə baxanda..." - VİDEO — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Bütün Xəbərlər