Bakıda tüstüdən zəhərlənənlərin VƏZİYYƏTİ AÇIQLANDI
Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Zəhərlənənlərin vəziyyəti barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə ilkin tibbi yardım göstərilib, 1 nəfərin hospitalizasiyadan imtinası qeydə alınıb, 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Zəruri tibbi xidmət göstərilən şəxlər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Aysel Mətləb