Aktyorun nəşi Rusiyadan Azərbaycana gətirildi

Aktyorun nəşi Rusiyadan Azərbaycana gətirildi
12.11.2026 09:36 Mədəniyyət

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Oxu.az-a Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib.

"Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz, teatrımızın bir neçə əməkdaşı da onun cənazəsinin qarşılanması və aparılması ilə bağlı hava limanında olublar. Hazırda onun nəşi Lerikə aparılır. Aslan müəllim doğulduğu Çayurd kəndində dəfn ediləcək", - deyə H.Rüstəmova bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər