Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist vəfat etdi
16.11.2026 09:53 Mədəniyyət

Naxçıvanda əməkdar jurnalist Muxtar Məmmədov vəfat edib.

TodayPress TV Teleqraf-a istinadla xəbər verir ki, hemorragik insult keçirən jurnalist Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Muxtar Məmmədov uzun illər “Şərq qapısı” qəzetində məsul katib vəzifəsində çalışıb. O, son illərdə təqaüddə idi.

Allah rəhmət eləsin!

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər