Qazaxıstanda dollarlar küçəyə səpələndi - VİDEO

Qazaxıstanda dollarlar küçəyə səpələndi - VİDEO
12.11.2026 12:00 Maraqlı

Sosial şəbəkələrdə Qazaxıstanın Astana şəhərində yerləşən “Atlant” yaşayış kompleksinin yaxınlığında yerə səpələnmiş dollar əskinasları və çamadanı əks etdirən video yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Bildirilib ki, pul və çamadanı binanın pəncərəsindən naməlum şəxslər atıb. Hadisə Qazaxıstanın iri şirkətlərinin rəhbərlərinin saxlanılması fonunda diqqət çəkib.

Belə ki, noyabrın 11-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya Qarşı Mübarizə Xidməti “Samruk-Kazına”nın İdarə Heyətinin sədri Nurlan Jakupovu, Qazaxıstan Dəmir Yollarının rəhbəri Eljas Otınşiyevi və digər şəxsləri saxlayıb. Onlar korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər.

TodayPress TV


XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər