Nurməhəmmədov üçün təhlükə siqnalı: UFC ilə müqaviləsi sual altına düşdü!
Birləşmiş Ərəb Əmirliklərində rusiyalı döyüşçü Usman Nurməhəmmədov və onun komandası ilə UFC-nin sabiq çempionu, gürcüstanlı Merab Dvalişvili arasında baş verən insidentin bütün iştirakçılarının polis bölməsinə aparıldığını bildirib.
TodayPress TV xəbər verir ki, jurnalist Ariel Helvani bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bildirilir ki, münaqişənin bütün iştirakçıları, o cümlədən Merab Dvalişvili və onun dostu ifadə vermək üçün polis bölməsindədir.
“Anladığım qədərilə, Merab heç kimə qarşı ittiham irəli sürmək niyyətində deyil. Lakin hadisə ictimai yerdə baş verib və müşahidə kameralarına düşüb. Buna görə də insidentin bütün iştirakçıları polis bölməsinə aparılıb.
Mənim üçün əsas sual baş verənlərdən sonra UFC-nin Usmanla müqavilə imzalayıb-imzalamayacağıdır. Təşkilatın bu vəziyyətdə necə davranacağı çox maraqlıdır”, – deyə Helvani bildirib.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidəki hotellərdən birində qalmaqallı insident yaşanıb. Məğlubiyyətsiz rusiyalı döyüşçü, PFL-in yüngül çəkidə (70 kq-dək) hazırkı çempionu Usman Nurməhəmmədov və komandasının üzvləri UFC-nin sabiq çempionu Merab Dvalişvili ilə qarşıdurma yaşayıb.
Namiq HUN