Sankt-Peterburqda partlayış: Hərbçi ölüb (VİDEO)

Sankt-Peterburqda partlayış: Hərbçi ölüb (VİDEO)
12.11.2026 11:30 Hadisə

Sankt-Peterburqun Şuşarı qəsəbəsində Rusiya hərbçisinin olduğu avtomobil partlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

Məlumata görə, zabit evindən çıxıb avtomobilə əyləşən kimi partlayış baş verib. Partlayış nəticəsində hərbçi ölüb.

Onun Rusiya ordusunun polkovniki olduğu bildirilir.

Polkovnikin adı açıqlanmır.

TodayPress TV 


XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər