Rusiyanın iştirakı qalmaqal yaratdı: Yeddi federasiya etiraz etdi!

Rusiyanın iştirakı qalmaqal yaratdı: Yeddi federasiya etiraz etdi!
12.11.2026 11:46 İdman

Almaniya Buzüstü Hokkey Federasiyasının (DEB) rəhbərliyi altında yeddi milli federasiya Rusiyanın gənclərdən ibarət yığmasının turnirə buraxılmasına etiraz olaraq Kanadada keçiriləcək dünya çempionatının yeni oyun təqvimini imzalamaqdan imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Die Zeit” nəşri DEB-in rəhbəri Frank Lutsun açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Buzüstü Hokkey Federasiyası (IIHF) daha əvvəl milli federasiyalara gənclər arasında dünya çempionatının oyun təqvimini göndərib. Həmin cədvələ əsasən, Rusiya yığması turnirdə Norveç komandasını əvəz edəcək.

Frank Luts Almaniya Bundestaqının idman komitəsinə yeddi federasiyanın rusiyalıların iştirakı ilə bağlı təqvimi təsdiqləməkdən imtina etdiyini bildirib. O, həmçinin IIHF-ni yaranmış vəziyyəti mümkün qədər tez həll etməyə çağırıb.

Qeyd edək ki, 2027-ci il gənclər arasında dünya çempionatının dekabrın 26-dan yanvarın 5-dək Kanadanın Edmonton və Red-Dir şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Namiq HUN

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər