Bahalı avtomobil trasda yararsız hala düşdü, futbolçu isə xəsarət almadı!
İngiltərənin “Çelsi” klubunun qapıçısı Robert Sançes icarə əsasında çıxış etdiyi İtaliyanın “Komo” komandasının düşərgəsindən kənarda avtomobil qəzası keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sports.kz” məlumat yayıb.
Hadisə Almaniyadakı yarış trasında baş verib. Həmin vaxt həvəskar avtomobil yarışlarında iştirak edən ispaniyalı qapıçı idarəetməni itirərək avtomobilini təhlükəsizlik baryerinə çırpıb.
Qəza nəticəsində dəyəri 400 min dollar olan “Ferrari 488 Challenge Evo” markalı avtomobilə ciddi ziyan dəyib. Avtomobil saatda 112 km sürətlə hərəkət etsə də, 28 yaşlı futbolçu xəsarət almayıb.
Qeyd edək ki, Robert Sançes cari mövsüm beş oyunda meydana çıxıb və qapısında doqquz qol görüb. Transfermarkt portalında ispaniyalı qapıçının bazar dəyəri 15 milyon avro qiymətləndirilir.
Namiq HUN